Sürücüsüz avtobuslar sınaqdan keçirilir

17 Avqust 2022 22:40 (UTC+04:00)

Çinin Quandun əyalətinin mərkəzi olan Quanqcou şəhərində sürücüsüz sərnişin avtobusları sınaqdan keçirilib. SİA bu barədə rus saytlarına istinad edir.

“WeRide” və “Yutong Group” tərəfindən hazırlanmış ağıllı nəqliyyat vasitələri şəhərdə sınaq sürüşlərinə başlayıb.

Vətəndaşlar avtobuslara minmək üçün mobil telefonla pulsuz qəbula yazılmaqla sınaq sürülərində iştirak edə bilərlər.

Sürücüsüz avtobus ağıllı sensorlar sayəsində zolaqları dəyişdirərək tıxacda irəliləyə bilir.