Basketbol yığmamızdan İslamiadada qızıl medal

17 Avqust 2022 22:14 (UTC+04:00)

Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, milli finalda Mali ilə üz-üzə gəlib. 21:6 hesablı qələbə qazanan millimiz İslamiadanın qalibi olub.