Nasir Kenani: ‘‘İran ABŞ-la mәhbus mübadilәsinә hazırdır’’

17 Avqust 2022 21:54 (UTC+04:00)

İran Amerika Birləşmiş Ştatları ilə məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani ABŞ-la mәhbus mübadiləsi məsələsi ilə bağlı mətbuat nümayәndәlәrinin suallarını cavablandırıb.

Nasir Kenani deyib: ‘‘İran dəfələrlə müxtəlif kanallar vasitəsilə ABŞ tərəfinə nüvə razılaşmasından asılı olmayaraq məhbus problemi ilə məşğul olmağa hazır olduğunu bəyan edib”.

İranlı məhbusların ABŞ-ın hәqiqәti әks etdirmәyәn iddiaları nəticəsində həbs edildiyini irәli sürәn Nasır Kenani deyib: ‘‘Amerika Birlәşmiş Ştatlarının ədliyyə sisteminin qurbanı olan iranlı məhbuslar ən qısa zamanda azad edilməli və ailələrinin yanına qayıda bilməlidirlər”.