Güləşçimizdən qızıl medal

17 Avqust 2022 21:18 (UTC+04:00)

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Qadjiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 74 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Ryunosuke Kamiya ilə qarşılaşıb. "Tuşe" ilə rəqibinə qalib gələn Qadjıyev dünya çempionu olub.

O, yarımfinalda gürcüstanlı Luka Çxitunidzeyə, 1/4 finalda özbəkistanlı Cəfər Çuliboyevə, 1/8 finalda qırğızıstanlı Ulukbek Asilbekova qalib gəlmişdi.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə gümüş medal qazanıb.