Quraqlıq artır ABŞ

17 Avqust 2022 16:35 (UTC+04:00)

ABŞ-da quraqlıq getdikcə artır. SİA xəbər verir ki, ABŞ-ın qərbidə yerləşən 7 ştatda artan quraqlıq səbəbindən sudan istifadəyə yeni məhdudiyyətlər elan edilib.

ABŞ-ın ən böyük su ehtiyatı olan Kolorado çayının iqlim dəyişikliyinə görə azalması və onun üzərindəki Mid gölündə və Pauell göllərində suyun səviyyəsinin təhlükəli həddə yaxınlaşması ölkədə su probleminə səbəb olub.
ABŞ rəsmisi məsələ ilə əlaqədar mətbuat konfransında danışıb. O bildirib ki, sistem geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşır və biz hərəkət etmədən sistemi qoruya bilmərik.