"Ölkə başçısının səfərləri mütəmadi xarakter daşıyır" - DEPUTAT ŞƏRH ETDİ

17 Avqust 2022 14:43 (UTC+04:00)

“Möhtərəm cənab Prezident seçildiyi gündə ilk andiçmə mərasimində söylədi ki, mən hər bir azərbaycanlının prezidenti olacağam və mühüm problemimiz olan Qarabağ münaqişəsinin həll olunması üçün var gücümlə çalışacağam. Göründüyü kimi ölkə başçısı verdiyi sözü artıqlaması ilə yerinə yetirib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın suverenliyi bərpa olunubdur: “Ali Baş Komandanın rəhbərliyi altında ordumuz qələbə qazandı. Digər məsələ olan hər bir azərbaycanlının, həmçinin dünya azərbaycanlılarının prezidenti olmaq mikssiyasını da cənab Prezident uğurla yerinə yetirir. Bu gün özünü azərbaycanlı hesab edən hər kəs ölkə Prezindeti ilə qürur duyur. Doğma Azərbaycanımız inkişaf etdikcə, çiçəkləndikcə onun beynəlxalq platformada nüfuzu artır. Dövlət başçısı daxili siyasətdə də bir çox məsələləri diqqətdə saxlayır. Bunlardan biri də bölgələrdə gedən xüsusi iqtisadi inkişaf, onların yerində yoxlanması, görülən işlərlə tanışlıq və tapşırıqların verilməsi məsələsidir. Bu bir çox dünya ölkələrinin rəhbərləri üçün bir nümunədir. Ölkə başçısı mütəmadi olaraq regionları şəhərbəşəhər, kəndbəkənd gəzir. Bu bölgələrdə tədbirlərdə, açılış mərasimlərində iştirak edir, yeni sosial obyektlərin, parkların, yaşayış binalarının bünövrələrini qoyur. Bunların hər bir cənab İlham Əliyevin gündəlik işlərindəndir. Əlbəttə ki, hər bir azərbaycanlı bununla qürur duyur. Çünki eləbir bölgə yoxdur ki, ölkə başçısı ora səfər etməsin, orada görülən işlərlə tanış olmasın. Bunların hər biri ölkəmizin inkişafına böyük töhfədir. Düşünürəm ki, həm də yeni məmurlara bir önrəkdir, onların işinə stimul verir. Çünki tapşırıq verilir və cənab Prezident özü bu məsələlərlə maraqlanır. Bunların hər biri ölkəmizin sosial-iqtisadi inkişafında böyük rol olynayır. Düşünürəm ki, ölkə başçısının səfərləri mütəmadi xarakter daşıyır. Biz görürük ki, bu çox böyük əhəmiyyətə malikdir və ölkəmiz bütün sahələrdə inkişaf edir”.