Kseniya Sobçak bu xəbərindən hiddətlənib

17 Avqust 2022 06:10 (UTC+04:00)

...Hər şey, Rusiya vətəndaşları üçün yaşayış icazələrinin uzadılmasına son qoymaq məsələsi ilə bağlı rəsmi ola biləcək bölgənin səlahiyyətli orqanlarının qərarı ilə başladı. Təbii ki, bu, Rusiyanın bəzi məşhurlarına ciddi təsir edəcək, çünki bir çox sənətçi əvvəllər Yurmalada mənzil alıblar.

SİA bu barədə rus saytlarına istinad edir.

...Və teleaparıcı Kseniya Sobçak Latviya hakimiyyətinin bu ölkədəki daşınmaz əmlakı ilə bağlı məlumatından hiddətlənib. O, hətta Latviya hökumətinin öz dövlətlərində mənzil sahibi olan rusların ölkəyə girişinə qadağa qoymasını istehza ilə şərh də edib.

Qeyd edək ki, Latviya yerli media Riqa dənizi sahilində mənzil sahibi olmuş rusların adlarını çəkib və onların arasında jurnalist Kseniya Sobçak da olub.

Bu isə teleaparıcını təəccübləndirib.

Qeyd edək ki, latviyalı jurnalistlər Sobçakı Yurmaladakı ev sahibləri siyahısına bir səbəblə daxil ediblər. Belə ki, 2009-cu ildə sənətçi ictimaiyyətə Latviyadakı yeni mənzili ilə öyünürdü. O hətta dostları üçün yeni Yurmaladakı mənzilinə ekskursiya da təşkil edibmiş.

Lakin, demə, həmən vaxtlar arxada qalıb və bu müddət ərzində teleaparıcı imkan tapıb bu mülkü sata bilib.

...Ona görə də indi “hiddətlənməyə” əsası var.

Nazlı Almuradova