"100 xəbərdən yalnız 5-i doğru idi"

17 Avqust 2022 01:36 (UTC+04:00)

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo medianı özü haqqında yalan danışmaqda ittiham edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu bu barədə "İnstaqram"dakı fanat hesabında transfer xəbəri ilə bağlı paylaşıma münasibət bildirərkən yazıb: “Bir neçə həftədən sonra müsahibə verəndə həqiqəti biləcəklər. Media yalan danışır. Onların son bir neçə ayda yazdıqları 100 xəbərdən yalnız 5-i doğru idi. Təsəvvür edin, bu necədir”.

Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.