“KFC” restoranlar şəbəkəsi Bosniya və Herseqovinada ilk filialını açıb

17 Avqust 2022 00:17 (UTC+04:00)

“Kentucky Fried Chicken” (“KFC”) restoranlar şəbəkəsi Bosniya və Herseqovinada ilk filialını paytaxt Sarayevoda açıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, restoran paytaxtın “Sarajevo City Center” (SCC) ticarət mərkəzində açılıb.

Dünya üzrə 20 mindən çox filialı olan “KFC” hər gün 10 milyondan çox müştəriyə xidmət göstərir.