Akar ukraynalı həmkarı ilə telefonla danışıb

17 Avqust 2022 00:07 (UTC+04:00)

Milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Oliksiy Reznikov arasında telefon danışığı olub.

SİA-nın əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyindən bildirilib ki, telefon danışığı zamanı tərəflər Ukraynadakı son vəziyyəti, o cümlədən taxıl ixracını müzakirə ediblər.

H.Akar Türkiyənin bundan sonra da öhdəsinə düşəni icra edəcəyini vurğulayıb.

Görüşdə ayrıca, taxıl daşınmasında baş verən inkişaflardan, Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya çərçivəsində görülən işlərdən məmnunluq ifadə olunub.