Priştinada elektrikli skuter və velosipedlərdən istifadə qadağan olundu

16 Avqust 2022 23:15 (UTC+04:00)

Kosovonun paytaxtı Priştinanın əsas meydanlarında elektrikli skuter və velosipedlərdən istifadə qadağan olunub.

SİA-nın əldə etdiyi məlumata görə, Priştina bələdiyyə sədri Perparim Rama sosial mediada mövzu ilə bağlı açıqlama verərək deyib: “Paytaxt meydanlarında və piyada sıxlığının yüksək olduğu ictimai yerlərdə elektrikli skuter və velosipedlərin istifadəsini qadağan etdik. Vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə qərar aldıq.

Skuterlərin istifadə sahələri, sürət həddi və parklanma yerləri kimi məsələlərlə bağlı yeni tənzimləmə hazırlanana qədər qərar qüvvədə qalacaq”.

Qeyd edək ki, Kosovoda xüsusilə, benzinin bahalaşmasından sonra elektrikli skuter və velosipedlərin istifadəsi artıb.