Azərbaycan güləşçisi dünya çempionu oldu

16 Avqust 2022 22:30 (UTC+04:00)

Azərbaycan sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan idmançımız həlledici qarşılaşmada ABŞ təmsilçisi Miçel Mesenbrinki 13:7 hesabı ilə məğlub edib. Bu, Kənan Heybətovun karyerasında ilk dünya çempionu olub.

Qeyd edək ki, daha əvvəl Zirəddin Bayramov 65 kq çəkidə gümüş medal qazanıb. 79 kq-da isə Soslan Tigiyev bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayevə 10:18 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.