İstehlaka yararsız dondurmalar məhv edilib

16 Avqust 2022 17:13 (UTC+04:00)

İstehlaka yararsız dondurma məhsulları məhv edilib. Bu barədə SİA-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Camal” LTD şirkətinin AQTA-ya müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 2690 kq dondurma məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.