Qiymət artımı manatı dəyərsizləşdirir? - DİQQƏT! - İQTİSADÇI AÇIQLADI

16 Avqust 2022 16:38 (UTC+04:00)

"Milli valyutanın dəyərinin ifadə olunması üçün bir neçə vasitədən istifadə etmək olar. Bunlardan birincisi milli valyutanın nominal dəyəridir. Daha sonra isə real dəyəridir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, nominal dəyər valyutanın dəyişmə prosesində əks olunan bir dəyərdir: "Amma valyutanın real dəyəri isə əmtəələrin müqayisəsi ilə həyata keçirilən mübadilə prosesidir. Yəni hər hansı bir xarici bir ton məhsulla yerli bir ton məhsul un qiyməti arasında olan nisbət valyutanın real dəyərini ifadə edir. Nominal dəyər yerli məhsulun dəyərinə vurulur, xarici məhsulun qiymətinə isə bölünür. Bildiyimiz kimi, Azərbaycanda yerli və xarici məhsullar arasındakı qiymət fərqi var və buna görə də real məzənnə nominal məzənnədən fərqlənir. Hazırda manatın dəyəri daha çox real məzənnə üzərində fokuslaşır. Yəni manat dəyər itirir. Baxmayaraq ki, valyutadəyişmə məntəqələrində dollara qarşı Azərbaycan manatının məzənnəsi dəyişmir. Məsələn, 2-3 il öncə 100 manata aldığımız ərzaq məhsullarını bu il 150-170 manata alırıq. Artıq bu, dəyərin ölməsini göstərir. Təbii olaraq qiymət artımı manatın dəyərdən düşməsi ilə nəticələnir".

Arzu Qurbanlı