II qrupda 150 baldan yuxarı nəticə göstərən 9800 nəfər ixtisas seçiminə buraxılıb

16 Avqust 2022 15:44 (UTC+04:00)

"II ixtisas qrupunda 12 min plan yeri varsa, 9 800 nəfər 150 baldan yuxarı nəticə göstərərək müsabiqəyə buraxılıb".

SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” mövzusunda keçirilən canlı yayım diskusiyasında deyib.

Onun sözlərinə görə, həmin şəxslərin hamısı ali məktəbə qəbul olacaqlar: “Onlardan 6 min nəfəri 200-dən yuxarı bal toplayıblar. Bu qrupda 280-dən yuxarı bal toplayanlar dövlət sifarişli yerlərdə oxuya biləcəklər”.