"Kütləvi köç Ermənistanda demoqrafik böhrana səbəb olur" - POLİTOLOQ AÇIQLADI

16 Avqust 2022 14:36 (UTC+04:00)

"Post-müharibə dövründə Ermənistanda davam edən siyasi böhran sosial-iqtisadi vəziyyəti ağırlaşdıran əsas faktorlardan birinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra cəmiyyətdə yaranmış xaos və qarşıdurmaların fonunda təbii olaraq əhalinin bir qismi post-müharibə dövrünün reallıqlarını dəyişə bilməyəcəklərini artıq anlamağa başlayıblar: "Ona görə də, son zamanlarda kütləvi köç halları daha da artaraq davam etməkdədir. Görünən odur ki, xüsusilə gənc və orta nəslin nümayəndələrinin başqa ölkələrə kütləvi köçü yaxın onilliklərdə Ermənistanda demoqrafik böhranın daha da dərinləşməsi ilə paralel olaraq cəmiyyəti bir çox istiqamətdə iflic edəcək təhdidləri də özündə ehtiva edir".

Arzu Qurbanlı