Tərtərdə şəhid Ceyhun Hacızadənin məzarı ziyarət olunub FOTOLAR

16 Avqust 2022 15:14 (UTC+04:00)

Bu gün Vətən müharibəsi Şəhidi Hacızadə Ceyhun İfrail oğlunun doğum günüdür. İlk öncə Şəhidimizin Tərtər rayon Evoğlu kəndində olan məzarı ziyarət olunaraq əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxunmuşdur. Tədbirdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Rayon təşkilatının məsul əməkdaşları , Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, ictimaiyyət nümayəndələri, Vətən mühüharibəsi qaziləri və iştirakçıları, kənd sakinləri, şəhidin ailə üzvləri və yaxınları iştirak etmişdir. Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Hacızadə Ceyhun İfrail oğlu ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Rəfiqə