Ölkə iqtisadiyyatı dinamik templə irəliləyir ŞƏRH

16 Avqust 2022 14:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bir çox önəmli məsələlərə toxunmuşdur. Müsahibə zamanı ölkəmizin apardığı daxili və xarici siyasətin uğurlu nəticələri haqqında, həmçinin Azərbaycan-Ermənistan arasında gedən danışıqlarda Ermənistan hakimiyyətinin qeyri-peşakar yanaşması,status məsələsi və bundan qaynaqlanan bir çox probləmlər haqqında geniş məlumat verilmişdir. Dövlət Başçısının xüsusi vurğuladığı kimi ölkə iqtisadiyyatının bu günkü durumu, kənd təsərrüfatına ayrılan diqqət və qayğı, regionların inkişafı və əhalinin güzaranının yaxşılaşdırılması istiqamətində görülən işlər barəsində məlumat vermişdir. Azərbaycan iqtisadi keçid dövrünün yaşayan keçmiş sovet ölkələrindən biridir. 1991-ci ildə ölkə müstəqillik əldə edəndən sonra aparılan əhəmiyyətli iqtisadi və sosial dəyişkiliklər nəticəsində, Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olmuşdur. Ölkə başçısının dövlət rəsmiləri ilə keçirdiyi bütün görüşlərdə iqtisadi sabitliyi təmin etmək məqsədilə ölkənin kənd təsərrüfatı sahəsində potensialını inkişaf etdirmək və məhsuldarlığı artırmaq üçün hökumət tərəfdən intensiv tədbirlər görülməsi tövsiyyə edilmişdir. Azərbaycan hökuməti həmçinin kənd təsərrüfatı sektorunun möhkəmləndirilməsi üçün imtiyazlar tətbiq etmişdir. Onların sırasında idxalın əvəzlənməsi, vergidən azad olunma, eləcə də fermerlərin kənd təsərrüfatı texnikası, pesfizid və gübrələrə təmin etmək üçün subsidiyaların veriləməsi və s. imtiyazları qeyd etmək olar. Son 20 ildə güclü iqtisadi artım və sosial transformasiya Azərbaycanı orta səviyyədən yüksək gəlirlilik səviyyəsinə malik ölkəyə çevirmişdir. Əvvəllər daha çox neft və qaz hasilatından asılı olduğu üçün Azərbaycan iqtisadiyyatının kövrək olması qeyri-neft sektoruna qoyulan investisiyaların artırılmasına və şaxələndirilməsinə təkan vermişdir. Buna görə də hökumət öz səylərini ölkənin kənd təsərrüfatı potensialını inkişaf etdirməyə, iqtisadi sabitliyi təmin etmək üçün məhsuldarlığı artırmağa və qabaqcıl texnologiyanın tətbiqinə yönəldir. Hazırda ölkəmizin hədəfi müvafiq sərmayələrin qoyulması sayəsində cəmiyyətin bütün təbəqələri üçün səmərəli ola biləcək layihələrin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Müsahibədə həmçinin qeyd edilmişdir ki, Azərbaycan düz 30 ildir ki, Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsindən və qonşu ölkə Ermənistan ilə düşmən münasibətlərindən qaynaqlanan siyasi problemlərdən əziyyət çəkib. Bu işğal əhalimizin həyatına böyük təsir göstərmiş, insanlar müharibədən əziyyət çəkmiş, öz doğma torpaqlarını və evlərini tərk etməyə məcbur olmuş, əzizlərini, əmlaklarını və gəlir yerlərini itirmişlər. Onlar köçkün kimi ölkənin müxtəlif rayonlarında səpələnərək son dərəcə ağır şəraitdə yaşamağa məcbur olmuşlar. Hökumət təxminən bir milyon məcburi köçkünə köməklik göstərsə də, bu vəziyyət iqtisadiyyat üçün əhəmiyyətli bir yük yaradıb və cəmiyyət üçün davamlı stres mənbəyinə çevrilmişdir. Ötən 6 aylığın yekunlarına nəzər saldıqda bütün sahələr üzrə irəliləyişlərin olduğu açıq-aydın görünür. Çünki Ulu Öndər tərəfindən əsası qoyulmuş qüdrətli Azərbaycanın daxili və xarici siyasəti çox etibarlı əllərdədir. Xalq ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimizə güvənir və inanır.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri