"Azərsu"dan xəbərdarlıq

16 Avqust 2022 14:37 (UTC+04:00)

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.