Pakistanda neft tankeri ilə sərnişin avtobusu toqquşub

16 Avqust 2022 14:09 (UTC+04:00)

Pakistanın Bəhavalpur şəhəri yaxınlığında sərnişin avtobusunun neft tankeri ilə toqquşması nəticəsində azı 20 nəfər ölüb, 6 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pakistanın Bahavalpur şəhəri yaxınlığında M-5 şossesində sərnişin avtobusu neft tankeri ilə toqquşub. Toqquşmadan sonra hər iki avtomobil yanıb, yanğınsöndürən və tibb briqadası hadisə yerinə göndərilib.

Qəza nəticəsində azı 20 nəfərin öldüyü, 6 nəfərin yaralandığı açıqlanıb. Bildirilib ki, qəza avtobusun həddindən artıq sürətlə hərəkət etməsi, idarəetmədən çıxaraq neft tankeri ilə toqquşması nəticəsində baş verib. Lahordan yola düşən avtobusun hədəfinin Karaçi olduğu öyrənilib.