"Azərkeşlərdən böyük dəstək gözləyirik" - QARA QARAYEV

16 Avqust 2022 12:31 (UTC+04:00)

"Bu gün mən burada bütün komanda yoldaşlarımın adından iştirak edirəm. Məsuliyyətimizi bilirik və oyuna ciddi şəkildə hazırlaşırıq". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ" komandasının futbolçusu Qara Qarayev bildirib. Oyuna ev sahibliyi edirik. Bu səbəndən üstünlüklərimiz çoxdur. Bu dəfə azərkeşlərdən daha çox dəstək gözləyəcəyik. Əlimizdən gələni edəciyik ki, bu turda daha yaxşı nəticə əldə edə bilək. Bu komandanın diqqət cəlb edən məqamları var. Oyun zamanı hava şəraitidə bizə təsir edir. Lakin əlimizdən gələni edəciyik ki, Bakıda 90 dəqiqə oynayan tərəf biz olaq".