"Çalışacıyıq ki, son sınaqdan faydalı şəkildə istifadə edək" - BAŞ MƏŞQÇİ AÇIQLADI

16 Avqust 2022 12:25 (UTC+04:00)

"İlkin mərhələdəçox fərqli-fərqli rəqiblərə qarşı oynadıq. Bu komanda digərlərindən tam fərqlənir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov bildirib

Baş məşqçinin sözlərinə görə, Çexiya futbolu hər zaman digərlərindəb fərqlənir: "Oyunlarına baxarkən öz tapşırıqlarını sevə-sevə həyata keçirdirlər. Çalışacıyıq ki, son sınaqdan faydalı şəkildə istifadə edək. Hiss edirik ki, bu oyuna olan maraq həddən artıq çoxdur. Futbolçularımızla birlikdə daha güclü bir komanda olmağa çalışacıyıq. Biz 6 il əvvəl bu komandaya qarşı oynamışdıq və 2:0 hesabı ilə məğlub olmuşduq. Hər bir oyun mənim və futbolçularım üçün təcrübədir. Bu il gərgin oyunlarımız çox oldu. Bizim illik planlarımız var. Mən hər zaman futbolçularıma arxayın olmuşam. Rəqib komandanın baş məşqçisinin sözlərindən də hiss olunur fərqli oyun nümayiş etdirə bilərlər. Azərbaycan xalqının futbola olan marağı məni çox sevindirir. Mən çox istərdim ki, təkcə beynəlxalq oyunlarda deyil, yerli oyunlara da olan maraq getdikcə artsın".