Məşhur aparıcı ailəsi ilə tətildədir

16 Avqust 2022 12:14 (UTC+04:00)

Məşhur türk sima Zuhal Topal həyat yoldaşı Korhan Saygıner və 8 yaşlı qızları Lina ilə Kiprdə tətildədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, gününü uzanıb günəş vannası qəbul etməklə keçirmək əvəzinə, daim başqa işlə məşğul olur.

Paddle sörfinqlə maraqlanan aparıcı ötən gün bu haqda dərs almağa başlayıb. Qalan vaxtlarda o, qızı Lina ilə qumda oynayıb və xeyli üzüb.

Ayşən Vəli