DSX-nin balansında olan helikopterlərin durumu ilə bağlı açıqlama verilib

16 Avqust 2022 11:47 (UTC+04:00)

“Qaraheybət” ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi ilə bağlı cinayət işi açılmışdı və bununla bağlı ictimaiyyətə konkret cavablar verilib. Həmin məlumata bizim əlavəmiz yoxdur”. SİA-nın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ancaq hazırda DSX tərəfindən bütün helikopterlərin yararlılığı yoxlanılıb:

“Onların fəaliyyətinə təsir edəcək hər hansı bir amil yoxdur”.