ABŞ Şimali Koreyaya qarşı yeni addım atıb

16 Avqust 2022 11:33 (UTC+04:00)

ABŞ və Cənubi Koreya gələn həftə nüvə münaqişəsi təhlükəsini artıran Şimali Koreyaya qarşı son illərin ən böyük hərbi təlimini keçirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, avqustun 22-dən sentyabrın 1-dək Cənubi Koreyada “Ulchi Azadlıq Qalxanı” adı altında keçiriləcək yay təlimində təyyarələr, döyüş gəmiləri, tanklar və on minlərlə əsgər iştirak edəcək.

Digər tərəfdən ABŞ Müdafiə Nazirliyi, ABŞ-ın Cənubi Koreya və Yaponiya donanmaları ilə 8-14 avqust tarixləri arasında Havay sahillərində Şimali Koreyaya qarşı raket xəbərdarlığı və ballistik raket axtarış izləmə təlimlərinə qatıldığını və bu təlimlərdə üçtərəfli irəliləyiş əldə etdiyini qeyd edib.