Hərracda satılan çamadan hər kəsi şoka saldı

16 Avqust 2022 11:16 (UTC+04:00)

Yeni Zelandiyada hərracda satılan çamadanın içərisindən insan qalıqları tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı əlavə açıqlama verməyən polis, qalıqlarla bağlı araşdırmalara başlanıldığını bildirib.

Polis qalıqlarla bağlı qətl araşdırmasına başlasa da, onu alan ailənin şübhəli vəziyyətdə olmadığı bildirilib. Çamadanları alan ailənin qonşuları ev aldıqları gün evdən pis qoxu gəldiyini bildiriblər.