“YAŞAT” Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işləri davam etdirir

16 Avqust 2022 10:24 (UTC+04:00)

Şəhidimiz Cəmaləddin Ağayevin anası Pürüzə Ağayeva və müharibə əlili Telman Qasımovun əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şəhidimizin ailə üzvləri və qazimiz üçün Fond tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.