Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub

16 Avqust 2022 09:33 (UTC+04:00)

Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.

SİA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.

Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.

Hazırda yanğın davam edir.

Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayış olub.