"İslam Həmrəyliyi Oyunlarında 2-ci dəfə qızıl medal qazandım" - HACI ƏLİYEV

16 Avqust 2022 08:05 (UTC+04:00)

"Mən artıq 2-ci dəfədir ki, İslam Həmrəyliy Oyunlarında qızıl medal qazanıram".

SİA xəbər verir ki, bu sözləri Konyada keçirilən İslam Həmrəyliy oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanan Hacı Əliyev bildirib.

Güləşçinin sözlərinə görə İslam Həmrəyliy Oyunları güləşçilər üçün mühim yarışlardan hesab olunur: "Lakin mənə elə gəlir ki, bu dəfə də güləşçilər öz sözünü dedi. Hamımızın əsas məqsədi qızıl medala sabin olmaq idi. Yarışda ən çətin rəqiblərdən biri də İran və Türk güləşçiləridir. Şükürlər olsun ki, mən biraz çətinlik olsa da, iranlı rəqibimi məğlub etdim.Bildiyiniz kimi ilin sonunda Dünya Çempionatı baş tutacaq. Bundan sonraki əsas hədəfimiz Fransada keçirilən Dünya Çempionatında layiqli nəticə göstərməkdir".