"Azərbaycan güləş üzrə ən yaxşı komanda seçildi" - İDMANÇI AÇIQLADI

16 Avqust 2022 08:00 (UTC+04:00)

"Bizim üçün Konyada keçirilən V İslam Həmrəyliy Oyunları önəmli yarışlardan biridir. Əsas hədəfimiz qızıl medal qazanmaq idi. Allaha şükürlər olsun ki, komanda yoldaşlarım çempion oldu".

SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Konyada keçirilən V İslam Həmrəyliy Oyunlarında yunan-roma güləşi üzrə qızıl medal qazanan Eldəniz Əzizli bildirib.

Onun sözlərinə görə, yekunda komanda hesabında güləş üzrə ən yaxşı komanda Azərbaycan seçildi: "Təbii ki, bu insana böyük qürur verir. Ümumu yarış səviyyəsi çox yaxşı idi. Başda cənab Prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Ali Baş Komandan hər zaman olduğu kimi bizi tək qoymadı və öz diqqətini, qayğısını hiss etdirdi. Gənclər və İdman naziri Fərid Qayıbova eyni zamab bütün nazirliyin kollektivinə təşəkkürlərimi bildirirəm. Bizim orada yaxşı çıxış etməyimiz üçün əllərindən gələni edirdilər".