Rusiya Londonu vuracaq, əgər...

16 Avqust 2022 06:03 (UTC+04:00)

Əgər NATO hərbi təcavüz göstərib Krıma hücum etsə, Rusiya Londona raket hücumu ilə cavab verəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Çinin “Sina” portalının müşahidəçisi söyləyib.

Qeyd edək ki, Çindən olan jurnalist NATO-nun Krıma hücumunun nəticələrini açıqlayıb və Moskvanın qətiyyətli olduğunu vurğulayıb.

“NATO Krıma hücum edən kimi bu, Rusiyaya müharibə elan etməyə bərabər olacaq və Moskva öz qəzəbinin nəticələrini dünyaya göstərmək üçün dərhal Londona raketlər atacaq”. Məlum olduğu kimi, bunu çinli jurnalist etiraf edib.

Məqalədə, ABŞ və onun tərəfdaşlarının Ukraynadakı böhranın həllinə mane olduğu və öz daxili siyasi çətinliklərini Rusiyanın köməyi ilə həll etmək istədikləri bildirilir.

Jurnalistin fikrincə, Qərb qlobal qarışıqlıqdan və silahlı münaqişələrdən faydalanır, çünki onlar NATO üzvü olan ölkələrə silah və əlaqəli texnologiyaların satışından gəlir gətirirlər.

Lakin Rusiya hakimiyyəti də Şimali Atlantika Alyansı ölkələrinin qarşısına qoyduğu məqsədləri anlayır və onlara qarşı çıxmağa hazırdır.

Xatırladaq ki, bundan əvvəl Britaniya Krım körpüsünün dağıdılması planlarını təkzib etmişdi. Ölkənin BMT-dəki nümayəndəsinin müavini Ceyms Karyuki Kiyev və London arasında obyektə mümkün zərbə ilə bağlı iddia edilən danışıqlar barədə heç nə eşitmədiyini bildirmişdi.

Ağasəf Babayev