Biçilmiş taxıl sahəsində başlayan yanğın... 6 kəndi əhatə edib

16 Avqust 2022 01:27 (UTC+04:00)

Şabrnın Xəlfələr kəndinə ötən gün başlayan yanğın artıq 6 kəndə yayılıb.
SİA APA-ya istinadən xəbər verir ki, bunu Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev açıqlamasında bildirib.

“Ən çox ziyan Dağbilici kəndinə dəyib. Burda bir ev tam yanıb digər iki yardımçı tikilidə yanğın baş verib”,- deyə o bildirib.

İlkin Ağayevin sözlərinə görə, hazırda yanğınla bağlı bütün qabaqlayıcı tədbirlər görülüb, kənd ərazisindəki evlərə təhlükə yoxdur.

Yanğın kol-kos olan ərazilərdə hələ də davam edir.