İki güləşçimiz finalda

15 Avqust 2022 23:18 (UTC+04:00)

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Zirəddin Bayramov (65 kq) və Kənan Heybətov (70 kq) qızıl medal görüşlərinə çıxacaqlar.

Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, özbəkistanlı Umidcan Cəlalov və ABŞ təmsilçisi Miçel Mesenbrinklə üz-üzə gələcəklər.

Xatırladaq ki, Z.Bayramov 1/8 finalda Məhəmməd Salah Hafizə (Misir), 1/4 finalda Mikita Zubala (Ukrayna), yarımfinalda Sucet Sucetə (Hindistan), K.Heybətov 1/8 finalda Raul Kasoya (İtaliya), 1/4 finalda Benedikt Huberə (Avsrtiya) və yarımfinalda Mulaym Yadava (Hindistan) qalib gəliblər.

Qeyd edək ki, final görüşləri avqustun 16-da keçiriləcək.