Salman Rüşdi ilə bağlı İrandan ilk açıqlama gəldi

15 Avqust 2022 22:06 (UTC+04:00)

İran yazıçı Salman Rüşdiyə ABŞ-da hücum edən adamla hər hansı bir əlaqəni qəti şəkildə təkzib edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Uzun illərdir “Şeytan ayələri” kitabına görə hədəf alınan və 12 avqustda ABŞ-ın Nyu-York şəhərində verdiyi konfrans zamanı bıçaqla hücum edilən hindistanlı yazıçı Salman Rüşdi ilə bağlı İrandan ilk açıqlama gəlib.

İran Xarici İşlər Nazirliyinin bəyanatında sözügedən mövzu ilə bağlı yazılır: "Biz hücumla hər hansı əlaqəmiz olduğu fikrini qəti şəkildə inkar edirik. Heç kimin İran İslam Respublikasını ittiham etməyə haqqı yoxdur".

Qeyd edək ki, hücumdan sonra xəstəxanaya aparılan S.Rüşdinin səhhəti yaxşılaşıb.