Gürcüstanda zəlzələ baş verib

15 Avqust 2022 21:12 (UTC+04:00)

Avqustun 15-də axşam saatlarında Gürcüstanda zəlzələ baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 18:47-də ölkənin cənubunda Adigen rayonunun Zoti kəndi yaxınlığında qeydə alınıb.

Zəlzələ 3,2 bal gücündə olub.