Serbiyada silah-sursat zavodunda partlayış olub

15 Avqust 2022 19:49 (UTC+04:00)

Serbiyanın Valyevo şəhərindəki “Krusik” silah-sursat zavodunda partlayış baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir işçi yaralanıb. Xəstəxanaya aparılan işçiyə ilkin tibbi yardım göstərilib, müayinədən sonra evə buraxılıb.

Partlayışın səbəbinin müəyyən olunması üçün zavodda xüsusi komissiyanın yaradıldığı bildirilib.