Şahdağ Milli Parkında yanğın başlayıb

15 Avqust 2022 17:00 (UTC+04:00)

Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib.

SİA-nın məlumatına görə. o, bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib: “Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”.