Norveçdə taxta körpü uçub

15 Avqust 2022 14:17 (UTC+04:00)

Norveçdə taxta körpünün uçması nəticəsində nəqliyyat vasitəsi çaya düşüb, yük maşını körpünün üzərində qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Norveçin cənubunda taxta körpü naməlum səbəbdən uçub. Baş verən qəzada avtomobil çaya düşüb, yük maşını körpünün üzərində qalıb.

Hadisə yerinə göndərilən helikopterlə aparılan xilasetmə işləri nəticəsində yük maşınının sürücüsü avtomobildən çıxarılıb. Çaya düşən nəqliyyat vasitəsində olan sürücü öz imkanı ilə qaça bilib.