Birilliant Dadaşova paylaşımı ilə diqqət çəkib

15 Avqust 2022 13:28 (UTC+04:00)

Xalq artisti Birilliant Dadaşova paylaşımı ilə diqqət çəkib. SİA xəbər verir ki, xalq artisti "instaqram" hesabında Türkiyənin məşhur pop ulduzu Ajda Pekanın videosunu paylaşıb.

Belə ki, videonu hekayə bölməsinə qoyaraq, "Mənim gözəl qızım. Bravo, səni çox sevirəm" sözlərini də əlavə edib. Xalq artistinin bu paylaşımı izləyiclər tərəfindən böyük maraqla qarşılanıb.