Freya adlı dünyaca məşhur morj yuxuya verildi

15 Avqust 2022 13:29 (UTC+04:00)

Norveçin Kragero şəhərində tapılan Freya adlı 600 kiloqram ağırlığında morj ictimai təhlükəsizlik üçün yatdırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dəniz qayıqlarına dırmaşaraq günəş vannası qəbul edən və bəzən onların batmasına səbəb olan Freya bölgədə çox məşhurlaşmışdı. İnsanlar onunla şəkil çəkdirmək üçün təmas məsafəsinə məhəl qoymayaraq həm özlərini, həm də Freyanı təhlükəyə atırdılar.

Qeyd edək ki, Freya insancasına yatdırılıb və onun cəsədi daha sonra baytarlar tərəfindən yoxlanılacaq.