"Sabah" komandası 14 mövsümdən sonra rekordu təkrarlayıb

15 Avqust 2022 12:00 (UTC+04:00)

"Sabah" futbol üzrə Azərbaycan Premyer Liqasında 14 mövsümdən sonra rekordu təkrarlayıb. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, çempionatın lideri hər iki oyunda 3 qol vurmaqla buna nail olub.

Murad Musayevin baş məşqçisi olduğu komanda öncə “Sumqayıt”ı 3:0, ardınca “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.

Bir klubun ilk iki matçında 3 və ya daha çox qol vurmasına son 14 mövsümdə birinci dəfə təsadüf olunub. Startda belə məhsuldar qarşılaşmalar keçirən sonuncu komanda “Qəbələ” idi. “Qırmızı-qaralar” 2008/2009 mövsümünün ilk iki görüşündə ən azı üç qola imza atıb.

Qeyd edək ki, ölkə çempionatları tarixində 11-ci dəfə belə hadisə yaşanıb.