Bakı-Moskva reysinin uçuşu gecikir - AZAL

15 Avqust 2022 10:13 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.

Bu barədə SİA-ya AZAL-dan məlumat verilib.

Hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.