"Beşiktaş" qələbəni əldən verdi

15 Avqust 2022 01:56 (UTC+04:00)

"Beşiktaş" Türkiyə Superliqasında 2-ci tur oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"un qonağı olub. Matç 3:3 hesabı ilə başa çatıb.

"Alanyaspor" - "Beşiktaş" - 3:3
Qollar:
Nkudu, 3 (0:1), Ucan, 20 (0:2), Qezzal, 31-pen (0:3), Bekiroğlu, 45+3 (1:3), Saiss, 81-avtoqol (2:3), ("Beşiktaş"), Kandeyaş, 90+2-pen (3:3)
Qırmızı vərəqə: Uzunhan, 37 ("Beşiktaş")

"Alanyaspor" 4 xalla 3-cü, "Beşiktaş" 4 xalla 4-cü pillədə qərarlaşıb. Siyahıya 6 xalla "Adana Demirspor" başçılıq edir.