İraq Ali Məhkəmə Şurası Müqtəda əs-Sədrə cavab verdi

15 Avqust 2022 00:10 (UTC+04:00)

İraqın Ali Məhkəmə Şurası şiə lideri Müqtəda əs-Sədrin “Məclisin buraxılması” çağırışına cavab olaraq belə bir səlahiyyətə malik olmadığını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ali Məhkəmə Şurası ötənilki ümumi seçkilərin qalibi olan Sədrin hökumətqurma böhranından sonra məhkəmə sisteminin işə keçməsi tələbinə cavab verib.

Şuradan verilən açıqlamada yazılır: “Müqtəda əs-Sədr kimi biz də mövcud rejimin mənfi tərəflərini müəyyən etdik. Lakin bizim parlamenti buraxmaq kimi səlahiyyətimiz yoxdur.

Siyasi partiyalardan məhkəmədən siyasi alət kimi istifadə edilməməsini istəyirib.

Hər tərəfdən bərabər məsafədə dayanırıq."

Xatırladaq ki, 2021-ci ilin oktyabrında İraqda keçirilən seçkilərdə qalib gələn Müqtəda əs-Sədr iranpərəst partiyalarla hökumət qurmaq istəməmiş, daha sonra istefa verərək siyasətdən çəkildiyini açıqlamışdı. Sədrdən sonra hökuməti qurmaq vəzifəsi onun rəqibi Koordinasiya Şurasına keçmişdi. Şura iyulun 25-də keçmiş əmək və sosial məsələlər naziri Məhəmməd Şia Sudanini baş nazirliyə namizəd kimi elan edib.

Müqtəda əs-Sədr tərəfdarları iyulun 30-dan baş nazir namizədi Sudaniyə qarşı etiraz üçün Yaşıl Zonaya daxil olub, parlament binasına basqın edərək orada oturaq aksiyaya başlayıblar və davam etdirirlər.