Payızda Rusiyada işsizlərin sayı artacaq

14 Avqust 2022 23:37 (UTC+04:00)

2022-ci ilin sonunda Rusiyada işsizlik səviyyəsi 2021-ci illə müqayisə ediləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Əmək Nazirliyinin rəhbəri Anton Kotyakov “Rossiyskaya qazeta”ya müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, bu cür statistika həm də hökumətin yeni dəstək tədbirləri ilə bağlıdır.

"İndi biz İqtisadi İnkişaf Nazirliyi ilə hesablamalarımızı yoxlayırıq və hesab edirik ki, bütün il ərzində işsizlik vəziyyəti 2021-ci ilin orta göstəriciləri ilə müqayisə oluna bilər", - Kotyakov bildirib.

O qeyd edib ki, bu ilin sonunadək əmək bazarındakı vəziyyət müəssisələrin mövcud şəraitə uyğunlaşma sürətindən asılı olacaq.

“...Bəli, vəziyyət payızda bir qədər dəyişəcək, lakin makroiqtisadi proqnozun may versiyası, fikrimizcə, işsizlik baxımından bir qədər şişirdilib”. Bunu nazir etiraf edib.

Yeri gəlmişkən bir müddət bundan əvvəl İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov üzü payıza Rusiyada işsizliyin artacağını proqnozlaşdırmışdı. O, hazırda göstəricilərin minimum səviyyədə saxlanıldığını da etiraf etmişdi.

Ağasəf Babayev