"İlk qoldan sonra futbolçularda psixoloji gərginlik yarandı" - BAŞ MƏŞQÇİ BİLDİRDİ

14 Avqust 2022 22:46 (UTC+04:00)

"Oyundan öncə də bəlli idi ki, hər şey çətin olacaq. İlk hissədə 3 qol buraxandan sonra toparlanmaq çətin oldu"

SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Kəpəz" komandasının baş məşqçisi Yaşar Vahazadə bildirib.
Baş məşqçinin sözlərinə görə, müdafiədə bir sıra səhvlər var idi: "Bu səbəbdəndə 5:1 məğlub olduq. Biz hər bir halda iyunu müdafiə üzərində qurmuşduq. "Nefçi" hər zaman yaxşı komanda olub. Onlarla meydanda qarşılaşmanın çətin olacağını bilirdik. İlk qoldan sonra futbolçularda psixiloji gərginlik yarandı. "Zirə" ilə oyunda normal oynadığımızı hesab edirdik, məhz bunun üçün də komanda da dəyişiklik etmədik".