Ermənistandakı partlayışda yaralananların sayı 57 nəfərə çatıb

14 Avqust 2022 20:56 (UTC+04:00)

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində yaralananların sayı 57 nəfərə çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bir nəfər ölüb, 57 nəfər isə yaralanıb. Yaralananların 36-nın vəziyyəti orta ağırdır. Digər 21 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub.

Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.