Sumqayıtda təcili yardım maşını qəzaya uğrayıb

14 Avqust 2022 13:41 (UTC+04:00)

Sumqayıtda təcili tibbi yardım maşını qəzaya uğrayıb. SİA-nın yerli bürosunun məlumatına görə, şəhərin Bakı və Ağa Quliyev küçələrinin kəsişməsində təcili tibbi yardım avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində təcili tibbi yardım maşınında olan 3 nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.