Üç dildə yazan şairə

13 Avqust 2022 18:23 (UTC+04:00)

Məhbubə Niyaz Qusarda yaşayır. Avqust ayının 8-də onun 55 yaşı tamam olub. Məhbubə Niyaz Ləzgi xalqının maraqlı şairələrindən biridir. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. Ləzgi, Azərbaycan və Rus dilləridə şeirlər, hekayələr və publisist yazılar yazır. Onun şeirlərinə bir neçə mahnı bəstələnib. Həmin mahnılar və onun şeirləri Azərbaycanın şimal bölgəsində çox oxunur. Məhbubə xanımın bir neçə kitabı çap olunub. Biz də redaksiya olaraq, onu 55 illik yubileyi münasibətilə təbrik edirik. Biz neçə şeirini isə çoxminli oxucularımızın ixtiyarına veririk.

Məhbubə NİYAZ

Qocalıram mən

Bu ötən illərdən yoxdu xəbərim…
Yenə göylərdədir hey fikirlərim,
Qarışır xəyallar, dolur gözlərim,
Yaş üstə yaş gəlir, qocalıram mən.

Axı bu nəhəyat, bu nə ədadır?
Sevdalı yolların sonu vidadır,
Yaşamaq ömrümə vallah xətadır,
Yaş üstə yaş gəlir, qocalıram mən.

Biz gəldi - gedərik, dünya qalandır,
Sevgisiz, eşqisiz həyat yalandır,
Bu gün yaradılan sabah solandır,
Yaş üstə yaş gəlir, qocalıram mən.

Dünyanın əzəli, sonu hədərdi,
Sevdası, vüsalı gəldi-gedərdi,
Vallah ki, bu dünya elə kədərdi,
Yaş üstə yaş gəlir, qocalıram mən.

Azərbaycan

Azərbaycan! Doğma vətənim mənim,
Namusum, qeyrətim, şöhrətim mənim,
Dünynı mat qoyan heyrətim mənim,
Mənim gözəl yurdum Azərbaycanım!

Sənlə fəxr edirəm, vurğunam sənə,
Sənə ana dedim, bil, anam sənə,
Sən yandığın kimi mən yanam sənə,
Mənim gözəl yurdum Azərbaycanım!

Döyüşlərdə qalib gəldin düşmənə,
Dəmir yumruğunla çıxdın ağ günə,
Eşq olsun, yenilməz orduya, sənə
Mənim gözəl yurdum Azərbaycanım!

Qanıyla tarixi yazdı igidlər,
Canıyla qazandı böyük bir zəfər,
Yaraşır hər zaman sənə xoş günlər,
Mənim gözəl yurdum Azərbaycanım!

Yaz gəldi

Bənövşə qoxulu yaz gəldi yenə,
Dağ- dərələr döndü yaşıl çəmənə,
Gözəllik yaraşır bizim vətənə,
Yeni arzular da deyir yaz gəldi.

Min rəngə boyanır ətirli güllər,
Yazın gəlişiylə oxur bülbüllər,
Yazın yağışları, gur şəlalələr,
Yeni arzular da deyir yaz gəldi.

Doğan günəş şəfəq saçır cahana,
Ana vətən hər an nura boyana,
Yaşıl yarpaq, açan çiçək bir yana,
Yeni arzular da deyir yaz gəldi.

Hər evdə, ocaqda yansın işıqlar,
Yazın gəlişinə gülsün uşaqlar,
Qoy çələng qursunlar gəlinlər, qızlar,
Yeni arzular da deyir yaz gəldi.

Əhli pünhan qılma dərdi

Biçarə qoyub məni etmə dəli.
Sanmaki ey dildarım.
Mən sənsiz bu dunyanı gəzə billəm,
Üsyan edərəm, barışmam sənsizliyə.
İnsafa gəl, bu yanmış canım birdə yanmasın.
Ey vəfadarım eşqidir, bizi yaşadan .
Aşiqlər eşqiylə yansın, alışsın gərək .
Bu rəvayəti- eşqimiz dastana dönsün gərək .

Без тебя.

Как грустно мне любимый мой.
Так дольга не вижу тебя.
Где ты, скажи, ищу тебя.
Мне очень скучна без тебя.

Так не как идет мойи дни .
Так я плачу, ни как всегда.
На улице тишина, все пуста.
Сердца не бються не слышна.

Отвечай мне, ну как злом быть.
Не забывай, что был у нас.
Любовь не каждый раз не быть.
Жду тебя милый, ради нас.

Вун зи ригь я. (Ləzgi dilindədir)

Гье вуна ат1умир зи ригь.
Зи чаньда т1уна на фатфа.
Вун арадай агьатнава.
Ат1анава на зи чара.

Гьуншид рушав хабарар гьваз.
Чун т1аканбур гьурезава.
Гьиша зи яр вун зи патав.
Зун дердинлай цыразава.

Сефил я зун, ин дуньядал.
Чукьваз азаб регьер хьуз за.
Гьша гье агьат жи макандиз.
За бахьчада цукьвер хузва.

Qusar şəhəri
01 08.2022.