Azərbaycan Pakistanı təbrik edib

14 Avqust 2022 10:31 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistan İslam Respublikasını Milli Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, XİN-in tviter hesabında yerləşdirilən paylaşımda deyilir:

"Qardaş Pakistan İslam Respublikasına Milli Günü münasibətilə ürəkdən uğurlar və firavanlıq arzulayırıq və bu əlamətdar gün münasibətilə səmimi təbriklərimizi bildiririk".